Lebron Ceyms “Los Anceles Leykers”lə müqavilə müddətini yeniləyib.
37 yaşlı basketbolçu daha iki il müddətində Kaliforniya klubunda çıxış edəcək. O, müqaviləsini daha 1 il müddətinə yeniləmək hüququna da malikdir. Qarşıdakı iki il ərzində ulduz basketbolçu 97,1 milyon dollar məvacib alacaq. Beləliklə də, bu göstəricilərlə Ceymsin karyerası ərzində qazancı 523 milyon dollara yüksələcək. Bu isə MBA tarixində yeni rekorddur. Buna qədər rekord 508 milyon dollar qazanan “Bruklin Nets”in ulduzu Kevin Düranta məxsus idi. Amerika mətbuatının məlumatına görə, əslində Lebron karyerasını davam etdirmək üçün başqa variantlar da axtarırdı. Amma heç bir klub Ceymsin tələb etdiyi məvacibi ödəməyə razılaşmayıb. Ona görə də ulduz basketbolçu “Leykers”in yeni müqavilə şərtlərini qəbul edib. Deyilənə görə, Ceyms Kaliforniya klubunun rəhbərliyindən “Bruklin Nets”də çıxış edən Kayri İrvinqin keçidini də tələb edir. Amma İrvinq bir müddət əvvəl mətbuata açıqlamasında daha bir il Nyu-York komandasında oynayacağını söyləyib.